Rezervasiyalar üzrə agent

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Otaqların mövcudluğu, qiymətlər, dəyişikliklər, gündəlik rezervasiyalar ilə bağlı qeydiyyat aparmaq;
  • Bütün rezervasiya dəyişikliklərini yoxlamaq, hər hansı bir dəyişiklik olduğu təqdirdə idarəetmə sistemində dərhal və dəqiq bir şəkildə yeniləmək;
  • Gündəlik e-poçtları yoxlamaq, onlayn sorğulara cavab vermək və rezervasiya etmək;
  • E-poçt göndərişlərinin hotel üzrə çeşidlənməsi (Front Office və Maliyyə şöbələri) üçün ehtiyyat nüsxələrini hazırlamaq;
  • Otaq mövcudluğu barədə məlumat vermək, rezervasiya ilə bağlı təsdiq məktubu göndərmək və zəmanət tələb etmək;
  • Zənglərlə gələn bütün rezervasiya sorğularını cavabalandırmaq

Namizədə tələblər:

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (arzuolunandır)
  • Azərbaycan; Rus və İngilis dili;
  • Elektra programı (arzuolunandır)
  • Microsoft Office programları: Outlook, Word və Excel

İş şərtləri:

  • 5 günlük iş rejimi (Növbəli iş qrafiki)
  • Əmək haqqı: 600 AZN
  • Ünvan: Bakı şəhəri, H. Əliyev pr. 115, bina 187B

Müraciət etmək üçün:

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində “Rezervasiyalar üzrə agent” göstərilməklə Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaqdır.

Arena Hotel Group tərəfindən digər vakansiyalar