İşin təsviri
Bizə kim lazımdır?
- Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
- Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
- Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
- Türkiyənin təhsil sistemini yüksək səviyyədə bilən mütəxəssis;
- Türk dilini Advanced səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
- Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
- Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.
Tapşırıqlar:
- Türkiyədə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin və idarə etmək;
- Türkiyədə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyətini qurmaq və hesabat vermək;
- Türkiyədə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
- Türkiyədə universitetlərin proqramlarını və yeni partnyorluq əlaqələrini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
- Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
- Ölkə üzrə keçirilən müvafiq tədbirlərdə StduyLab şirkətini təmsil etmək;
- Yüksək səviyyədə xidmət göstərməsini təmin etmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində plan və strategiyalar hazırlamaq və təklif etmək;
- Türkiyədə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
- Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;
- Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək;
- Tələbənin təhsil alacağı proqrama uyğun olaraq sertifikat proqramlarının təşkili;
- Türkiyənin ali təhsil müəssisəl ərinin qəbul etdiyi Beynəlxalq imtahanların satışını (vaxdı- vaxdında satışı təşkil edib hazırlıq proqramlarına yeni qruplar yığmaq) və sınağını təşkil etmək.
- Türkiyənin ali təhsil müəssisələrinin qəbul etdiyi Beynəlxalq imtahanlara qeydiyyat etmək.
- Tələbələrə, əməkdaşlıq müddətində lazımı dəstək və köməklik gösdərmək.(Sənədlərin yığilması, Sertifikat proqramlarına yönləndirmək, ... v.b)
Şərtlər:
- Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
- Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
- Bazar ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 - 17:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Əmək haqqı və bonus qaydalari fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – TÜRKİYƏDƏ TƏHSİL ÜZRƏ MÜTƏXƏSSİS yazıb [email protected] CV göndərməklə müraciət edilir.
Son müraciət tarixi: Noyabr 25, 2021