Mühasib

  • Elanın qoyulma tarixi: 10.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyaları:   

  • İllik büdcə icrasının monitorinqi və təhlil edilməsi;
  • Büdcə siyasətinin və prosedurlarının hazırlanmasının təmin edilməsi;
  • Cəmiyyətin illik maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər hesabatları proqnozlarının hazırlanması;
  • Ölkə və dünya iqtisadiyyatının mütəmadi olaraq makroiqtisadi səviyyədə təhlilinin aparılması və bu təhlillərin əsasında müvafiq təkliflərin hazırlanması;
  • Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, cəmiyyətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
  • Rəhbərlik tərəfindən təsdiq edilməsi üçün illik icmal büdcənin hazırlanması;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;
  • Aylıq, rüblük və illik vergi hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;
  • Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verilməsi;
  • Maliyyə hesabatlarının analitik təhlilinin aylıq şəkildə həyata keçirilməsi;
  • Hər bir hesabat dövrünün sonunda büdcə hesabatlarının müqayisəli təhlil edilməsi  və əhəmiyyətli dəyişikliklər barədə hesabat verilməsi;
  • Rəhbərlik tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilinin aparılması;
  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
  • IFRS qaydalarında olan dəyişikliklərin öyrənilməsi və tətbiqi;
  • Dövlət orqanları ilə yazışmalar və onların qeydiyyata salınması;

Təcrübəyə dair tələblər: Maliyyə sahəsində ən azı 2 il iş stajı.

Təhsil dair tələblər: Ali təhsil (Maliyyə, mühasibatlılıq, iqtisadiyyat, biznesin idarə edilməsi,).

Kompüter biliklərinə dair tələblər:

  • MS Office proqramlarında səlis işləmək bacarığı;
  • 1C proqramında işləmək bacarığı;
  • 8.3 Excel (əla səviyyədə) işləmək bacarığı;

Xarici dil tələbləri: Orta səviyyədə İngilis dili;

Tələb olunan zəruri biliklər:

  • Büdcə, hesabatlıq və proqnozlaşdırma qanunvericiliyi üzrə biliklər;
  • Büdcə idarə edilməsi sahəsində bilik və bacarıqlar; 
  • Fikirlərini Azərbaycan dilində yazılı şəkildə aydın ifadə etmək və hesabat yazmaq bacarığı;

Sertifikat tələbləri: 

  • Mühasibatlıq üzrə peşə (ACCA) sertifikatlarına malik olmaq və ya mərhələ keçmək üstünlükdür;

Fərdi keyfiyyət tələbləri:

  • Tədqiqi və analitik bacarıqlar;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Məsuliyyətli və dəqiq;
  • Əla ünsiyyət qurmaq bacarığı;
  • Öyrənmə qabiliyyəti, məsuliyyət, çalışqanlıq;
  • Komandada işləmək bacarığı;

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş vaxtının norması: Həftə üzrə 5 günlük iş qrafiki
İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19 A

Tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək CV-ni elektron ünvana göndərməyi xahiş olunur.

Email: [email protected]