İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müəssisədə rəhbərliyin işini təmin edir və xidmət üzrə texniki funksiyaları yerinə yetirir. Bölmələrdən və icraçılardan rəhbərliyə lazım olan məlumatları alır, onun tapşırığı ilə işçiləri çağırır.
- Müxtəlif layihələr və aidiyyatı işlərlə bağlı elektron yazışmalar aparır.
- Rəhbərliyin telefon danışıqlarını təşkil edir, emailləri qəbul edir, göndərir və rəhbərliyin olmadığı vaxtda alınan xəbərləri yazır və aldığı məlumatların məzmununu rəhbərliyə çatdırır.
- Rəhbərlik yanında iclas hazırlanması işini görür (lazım olan sənədlərin yığılmasını, iclas və müşavirənin keçiriləcək vaxtı, yeri və gündəliyi haqqında iştirakçıları xəbərdar edir, onların qeydiyyatını aparır “Minutes Note” ).
Kargüzarlıq işini aparır, rəhbərliyin adına gələn korrespondensiyanı qəbul edir, müəssisə, idarə və təşkilatlarda qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir, rəhbərlik baxdıqdan sonra iş prosesində istifadə etmək və ya cavab hazırlamaq üçün onu bölmələrə və ya konkret icraçılara verir və nəzarət altına alır, rəhbərliyin tapşırığının yerinə yetirilməsi müddətinə nəzarət edir.
- Rəhbərin qol çəkməsi üçün sənədləri və işçilərin şəxsi ərizələrini qəbul edir. Gələnlərin qəbulunu təşkil edir.
- Xidməti materiallar ilə işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir.
- Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır.
- MMC-nin bölmə və şöbələrindən rəhbərə lazım olan məlumatları və materialları alır, onları təhlil edir və nəticəsi barədə rəhbərə məruzə edir;
- Səyahət işlərini həyata keçirir
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Ali təhsil (Biznesin idarə edilməsi sahəsində üstünlük verilir);
- Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- İcraçı köməkçi kimi sübut edilmiş iş təcrübəsi arzu olunandır;
- MS Office proqramların biliyi;
- Mükəmməl təşkilatçılıq və vaxtı idarə etmə bacarığı;
- Riyazi biliklər qrammatik düzgün, sürətli yazı qabiliyyəti.
- Diqqətli, məsuliyyətli və həvəsli olmasıdır
- Mükəmməllik və məxfilik;
- Tapşırıqları prioritetləşdirmək bacarığı;
- Mükəmməl vaxt idarəetmə bacarıqları;
- Detallara diqqət.
Müvafiq təcrübə və keyfiyyətlərə malik olan şəxslərdən mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.
Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq.
Email: [email protected]