Hesablaşmalar İdarəsinin Hesablaşmalar şöbəsi

İşin təsviri

Təsvir

  • Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə əməliyyatların icrasını təmin etmək;
  • Dövlət Fondlarının (ARİKZF, ABİF) vəsaiti hesabına verilmiş kreditlərin Bankın əməliyyat sistemində düzgün təsnifləşdirilməsinə nəzarət etmək;
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ödəniş məlumatlarının (XML formatında) Bankın əməliyyat sisteminə yüklənməsini təmin etmək;
  • Dövlət Fondları (ARİKZF, ABİF) ilə Bankın əməliyyat sistemində yarana biləcək uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
  • İpoteka və fond kreditləri üzrə faizlərin Bankın əməliyyat sistemində düzgün hesablanmasına nəzarət etmək, ödənişlərin icrasından sonra yarana biləcək uyğunsuzluqların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etmək.
  • Bankın əməkdaşlıq etdiyi Fondlardan daxil olan vasaitlərin müxabirləşdirilməsi üzrə əməliyyatları icra etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar İdarə rəisi/müavin(lər)nin verdiyi, həmçinin, iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək. 

Tələblər

  • Maliyyə və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilinin olması;
  • Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi (ARİKZF və ABİF ilə iş təcrübəsi arzuolunandır)
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Bank hesabları üzrə məlumatlı olması
  • Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
  • Stressə davamlılıq, komandada işləmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Xarici dil bilikləri arzuolunandır.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təhsil Magistr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

İşəgötürənin reytinqi