Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vəzifə Öhdəlikləri

  • Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Yaradılmış sifariş formalarının analiz edilməsi;
  • Yerli və xarici təchizatçıların araşdırılması, qiymət təkliflərinin alınması və müqayisəsi
  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
  • Layihələri üzrə material və xidmət tələblərini toplamaq və analiz etmək
  • Təchizatçılarla danışıqlar aparmaq, ən uyğun şərtlərlə müqavilələrin bağlanmasında iştirak etmək
  • Sifarişlərin hazırlanması, izlənməsi və vaxtında çatdırılmaya nəzarət etmək
  • Materialların texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq
  • Anbar qalığına nəzarət etmək və ehtiyaclara uyğun planlama aparmaq
  • Satınalma sənədlərinin (təkliflər, müqavilələr, qaimələr və s.) düzgün və tam şəkildə arxivləşdirilməsi
  • Büdcə çərçivəsində satınalmaların həyata keçirilməsinə nəzarət etmək
  • Təchizatçılarla uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması və saxlanılması
  • Layihə rəhbərləri, mühəndislər və dizaynerlərlə sıx əməkdaşlıq etmək
  • Satınalma prosesində şirkətin daxili prosedur və etik qaydalarına riayət etmək

Vəzifə üzrə tələblər:

  • Ali təhsil 
  • Bu sahədə təcrübə: 5 il +, tikinti sahəsində son 3 il + təcrübə mütləqdir
  • İnşaat materialları və xidmətləri üzrə geniş tədarükçü bazasına malik olmaq
  • İngilis dili  və Rus dili biliyi (yaxşı), Azərbaycan dili (əla) səviyyədə olmalı
  • Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı
  • Operativlik, diqqətlilik və məsuliyyətlilik
  • Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət
  • Stressə davamlılıq və eyni vaxtda bir neçə tapşırığın icrası bacarığı
  • Güclü ünsiyyət və koordinasiya qabiliyyəti
  • Səliqəli görünüş və peşəkar davranış

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  • İş saatı: 09.00-18.00
  • İş qrafiki: Həftə içi 5 gün
  • Mobil nömrə şirkət tərədindən təmin edilir

Müraciət etmək istəyən namizədlərdən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri  xahiş olunur.Vakansiyanın şərtlərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcəklər.